Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 4 noyabr 2024-cü il tarixində daxili müsahibə elanı verilmişdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 4 noyabr 2024-cü il tarixində daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 18 noyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək.
Dövlət qulluğu üzrə müraciət Forması
Əlavə məlumat:
- Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinintələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
- Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
- Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.
Əlaqə məlumatları:
- Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti (012) 310 53 16 (daxili 2502, 2503, 2504); e-mail: dqqeydiyyat@dim.gov.az;
- Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766), (055) 202 17 13; e-mail: dqqebul@dim.gov.az;
- Namizədlərin vəzifə üzrə müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1762); e-mail: l.qedirova@dim.gov.az;
- Müsahibələrin keçirilmə qrafikinin hazırlanması ilə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.: (012) 310 53 16 (daxili 2108), (055) 205 78 27; e-mail: k.safarov@dim.gov.az;