Hirdometeoroloji xəbərdarlıq
14 aprel 2025 | 09:35
Azərbaycanın rayonlarında:
Müşahidə olunan qeyri-sabit hava şəraitinin aprelin 17-dək davam edəcəyi, 14-dən 15-ə keçən gecədən başlayaraq bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, 15-16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
İntensiv yağış nəticəsində dağ çaylarında sel və daşqın keçəcəyi ehtimalı var.
Aprelin 15-16-da qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Hidrometeoroloji Proqnozlar Bürosu