Novruz Bayramı Münasibətilə I Quşçuluq Festivalı
16 mart 2026 | 10:06
Hörmətli Hacıqabul rayon sakinləri!
Novruz bayramı münasibətilə təşkil olunan I Quşçuluq Festivalına sizi dəvət edirik.
📅 Tarix: 17 mart 2026-cı il
🕒 Saat: 14:30
📍 Məkan: Hacıqabul şəhəri, Heydər Əliyev adına park
Festival çərçivəsində respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə rəngarəng musiqi proqramı təqdim olunacaq.
Bayram əhval-ruhiyyəli bu tədbirdə iştirak etməyə və xoş anlar yaşamağa hər birinizi dəvət edirik.






