Şriftin ölçüsü :

Saytın rəngi :

"Səyyar ASAN" avtobusu Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

28 mart 2024 | 10:44

"Səyyar ASAN" avtobusu 01.04.2024-cü il tarixdən 26.04.2024-cü il tarixədək (26 gün) Hacıqabul şəhəri, İsmət Qayıbov küç.7 (İcra Hakimiyyətinin yanı) ünvanda Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

Göstərilən xidmətlər
  • Tərcümə xidməti
  • Tibb xidməti
  • Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
  • Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  • Əmək pensiyalarının təyin edilməsi
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
  • Notariat fəaliyyəti
Qeyd
  • Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
  • Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Keçidlər