Şriftin ölçüsü :

Saytın rəngi :

İdarə və müəssisələr

Rayonun iri dövlət müəssisələri

Suvarma Sistemləri İdarəsi – Hacıqabul rayonu yarandığı dövrdən fəaliyyət göstərir. Rayon ərazisində yerləşən suvarılan kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təchiz edir.

Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemlərinin İstismarı İdarəsi – Rayon ərazisində yerləşən qış otlar sahələrinin su təchizatı işini həyata keçirir.

Kür Su Kəmərləri İdarəsi – Hacıqabul rayonu Talış kəndində yerləşir. Müəssisə Bakı şəhərini içməli su ilə təmin edir.

Dövlət Neft Şirkətinin Magistral Qaz Kəmərləri İdarəsi – Müəssisə Respublikada iri təbii qaz ötürücü funksiyanı yerinə yetirir.

Kür Regional Meşə Tingliyi Müəssisəsi – Müəssisə 2003-cü ildən fəaliyyət göstərir. Müəssisə rayonda, eləcə də Respublikada digər qonşu rayonların müxtəlif meşə ağac tingləri ilə təchiz edir.

2 saylı Yol Yaşıllaşdırma MMC – 2004-cü ildən fəaliyyət göstərən müəssisə Respublikanın avtomobil yollarının yaşıllıq zolaqlarının saxlanması və salınması işini həyata keçirir.

Rayon Təhsil Sektoru – Hacıqabul şəhərində, qəsəbə və kəndlərdə fəaliyyət göstərən 32 ümummilli məktəblərinin, 3 məktəbəqədər uşaq tərbiyə müəssisəsinin fəaliyyətinə rəhbərliyi təmin edir.

Rayon Mərkəzi Xəstəxanası PHŞ – 50 çarpayılıq olmaqla Hacıqabul şəhərinin, qəsəbə və kəndlərin əhalisinə tibbi xidmətlərin göstərilməsini təmin edir.

Sabirabad Regional Mədəniyyət İdarəsi – Hacıqabul şəhərində, qəsəbə və kəndlərdə fəaliyyət göstərən 14 kənd müəssisəsinin, 7 mədəniyyət evinin, 32 kitabxana və 2 muzeyin fəaliyyətinə rəhbərliyi təmin edir.

Hacıqabul rayonu üzrə Maliyyə Şöbəsi – Yerli büdcənin icrasını və ona nəzarəti həyata keçirir.

Vaqon Təmiri Deposu – Respublikada vaqon və lokomotivlərin təmirini həyata keçirən iri dəmir yolu müəssisələrindən biridir.

Hacıqabul Dəmiryol Stansiyası – Azərbaycan Dəmir Yolunun böyük bir hissəsində sərnişin və yük qatarlarının səmərəli işini həyata keçirir.

Telekommunikasiya Qovşağı – Əhaliyə və hüquqi şəxslərə müxtəlif rabitə xidmətlərini həyata keçirir. İlin əvvəlinə Qovşağın ümumi nömrə tutumu 5772 olmaqla, əsas telefon aparatlarının sayı 5110 nömrə olmuşdur.

 


Rayonun iri özəl müəssisələri

“Hacıqabul Quşçuluq” Şirkəti MMC – Regionda iri quşçuluq müəssisəsidir. Ötən ilin yarımlarına görə 54818,8 min ədəd yumurta istehsalı həyata keçirmişdir. Müəssisədə toyuq əti istehsalı üçün də ayrıca sexlər fəaliyyət göstərir. Şirkətin məhsulları tək rayonda deyil, Bakı şəhəri və Respublikanın digər rayonlarında da satışa çıxarılır.

“Pirsaatçay Quşçuluq” ASC- Əsasən yumurta istehsalı istiqamətində ixtisaslanmış müəssisə regionun digər iri quşçuluq müəssisəsidir. 2010-cu ildə müəssisə 9591,0 min yumurta istehsal etmişdir. Quşçuluq müəssisəsində toyuq əti kəsimi sexi də fəaliyyət göstərir.

“R-Turan” MMC-nin Atbulaq Kərpic zavodu – Zavod müxtəlif ölçülərdə kərpic istehsal etməklə Respublikanın iri istehsal müəssisələrindən hesab edilir. Ən son istehsal avadanlıqları ilə təchiz edilmiş müəssisənin illik istehsal gücü 1 mln. şərti kərpic istehsalıdır. Müəssisənin məhsulları rayonda və Respublikanın müxtəlif rayonlarında satılır.


“Gilan Seramik” Parkında seramik plitələr istehsalı zavodu – Zavod 19,7 min kvadratmetr qapalı sahədən ibarətdir. Burada quraşdırılan müasir avadanlıqla rəqabətədavamlı məhsul istehsal ediləcəkdir. Zavodun xammal bazasının yaradılması məqsədi ilə aparılmış geoloji tədqiqatlar nəticəsində Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində kifayət qədər xammal yataqlarının mövcudluğu və həmin yataqlardan alınacaq xammal-materialların yüksək keyfiyyət göstəricilərinə malik olduğu müəyyən edilmişdir. Zavodda il ərzində 1 milyon 815 min kvadratmetr döşəmə plitə, 1 milyon 798 min kvadratmetr üzlük plitə və 165 min paqonnometr dekorativ plitə hazırlanacaqdır. Müəssisədə yaxın gələcəkdə tələbata uyğun olaraq bütün ölçülərdə plitə buraxılacaqdır.

Soyuducu anbar Kompleksi – Müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Saxlama gücü 2000 ton olan müəssisə rayonun, eləcə qonşu rayonların kənd təsərrüfatı məhsullarının saxlanmasını təmin edir. Ümumi investisiya dəyəri 3,1 mln.manat olan Kompleks ən son avadanlıqlarla təchiz olunmuşdur.

Keçidlər