“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Hacıqabul rayonunda qeyd olundu
30 may 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyəti, YAP Hacıqabul Rayon təşkilatı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi üzrə Hacıqabul rayon Mədəniyyət Mərkəzi və Şirvan-Salyan Regional təhsil idarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” nə həsr olunmuş “Hər birimiz bir çiçək" adlı bayram konserti keçirildi. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək tədris ili ərzində müxtəlif sahələrdə uğur və nailiyyət qazanmış şagirdlərə öz səmimi fikirlərini çatdıraraq körpə fidanlara aydın səma, parlaq gələcək arzuladılar.
Mədəniyyət mərkəzinin solistlərinin ifasında davam edən əyləncəli konsert proqramı uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edərək, onların gününə əlavə rəng qatdı.






