Şriftin ölçüsü :

Saytın rəngi :

1 noyabr – Kənd təsərrüfatı işçiləri günü münasibətilə Hacıqabul rayonunda tədbir keçirildi

30 oktyabr 2026 | 12:52

1 noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Hacıqabul rayonunda tədbir keçirildi.

Tədbir çərçivəsində Hacıqabul şəhərində yerləşən Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, Ulu Öndərin əziz xatirəsinə ehtiram ifadə edildi.

Daha sonra Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, qeyri-neft sektorunun inkişafında, əhalinin məşğulluğunun artırılmasında və regionların sosial-iqtisadi tərəqqisində mühüm rolunu vurğuladı.

Rayon rəhbəri çıxışında Azərbaycanda kənd təsərrüfatının inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edərək, ölkəmizdə aqrar sahənin müasir tələblərə uyğun inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin göstərilməsi, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi.

Sevindik Hətəmov Hacıqabul rayonunda kənd təsərrüfatının inkişafı, torpaq və su ehtiyatlarından səmərəli istifadə, əkin sahələrinin genişləndirilməsi, heyvandarlığın və digər aqrar fəaliyyət sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlərə toxundu. O, kənd təsərrüfatı işçilərinin zəhmətini yüksək qiymətləndirərək, onların ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqtisadi potensialının artırılmasına mühüm töhfələr verdiklərini bildirdi.

Rayon rəhbəri kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirin sonunda kənd təsərrüfatının inkişafında, rayonun aqrar potensialının gücləndirilməsində və kənd təsərrüfatı məhsullarının istehsalında səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşlara Hacıqabul Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edildi.

Keçidlər