Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anım günü qeyd olundu

12 dekabr 2015 | 16:00

12 dekabr 2015-ci il tarixdə Hacıqabul rayonunda Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anım günü qeyd olundu. Hacıqabul sakinləri Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdi. 2003-cü il dekabr ayının 12-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycanın eks Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

Hacıqabul rayonunda 12.12.2015-ci il tarixində Ulu öndər Heydər Əliyevin anım günü keçirildi. Əvvəlcə Heydər Əliyev Mərkəzində “Şəxsiyyət” sənədli filminə tamaşa edildi. Sonra bütün Hacıqabullular başda İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov olmaqla Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidəsi önünə gül dəstələri qoydular. Heydər Əliyev Mərkəzində isə bütün günü anım mərasimi davam etmişdir. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Şəxsiyyət”, “Əbədiyyət yolu” sənədli filmləri nümayiş olunmuşdur.

Keçidlər