Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

14 yanvar 2016 | 16:00

Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Heydər Əliyev mərkəzində rayon gənclərin iştirakı ilə 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov açdı, bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi. Sonra Gənclər və İdman idarəsinin rəisi Saleh Əsgərov, Meyniman kənd orta məktəbin tarix müəllimi Aytən Təhməzova, Qarasu kənd orta məktəbin coğrafiya müəllimi Gülər Cavadova, Heydər Əliyev Mərkəzinin bələdçisi Şəbnəm Mehtiyeva, Mərkəzi kitabxananın işçisi Gülzadə Rəşidova, Padar qəsəbə tam orta məktəbin biologiya müəllimi Lalə Qurbanova geniş məruzə ilə çıxış etdilər.

Keçidlər