Hacıqabul rayonunda 20 yanvar (1990) faciəsinin 26-cı ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirildi
20 yanvar 2016 | 16:00
20 yanvar 2016-cı il tarixdə saat 11:00-da 20 yanvar (1990) faciəsinin 26-cı ildönümü ilə əlaqədar icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Şəhidlər Xiyabanı" ziyarət edildi, "Əbədi məşəl abidəsi" önünə və şəhid məzarları üzərinə gül dəstələri qoyuldu, şəhidlərin ruhuna dualar oxundu.