Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 2015-ci ildə gördüyü işlər barədə hesabatı keçirlmişdir.

09 fevral 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Hacıqabul rayonunda da müzakirə olundu. İclasda qarşıda duran vəzifələr barədə də fikir mübadiləsi aparıldı.

2015-ci ildə Hacıqabulda iqtisadiyyatın bütün sahələri üzrə 219 milyon 204 min manatlıq məhsul istehsal olunub. Yığıncaqda məruzə edən Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov bildirdi ki, məhsul buraxılışında özəl sektorunun payı 2014-cü illə müqayisədə 0,8 faiz artaraq 66,6 faiz təşkil edib. Kənd təsərrüfatını inkişaf etdirmək üçün 54 kilometr uzunluğu olan Hacıqabul Magistral kanalında tikinti işləri davam etdirilib. Kanal vasitəsilə Padar-Qarasu ərazilərində 2 min hektara yaxın həyətyanı və əkin sahələri, həmçinin 1625 hektar sahədə yaradılan iri özəl taxılçılıq təsərrüfatı suvarma suyu ilə təmin ediləcək. Ötən il rayonda tikinti-abadlıq işləri də davam etdirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik uşaq bağçası, iki yeni məktəb binası inşa edilib. Bir neçə inzibati bina və hərbi hissələrin zabitləri üçün çoxmərtəbəli yaşayış binaları tikilərək istifadəyə verilib. Yığıncaqda çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı İbrahim Mustafayev, Milli Məclisin üzvü Rəfael Hüseynov dövlət başçısının regionların sosial iqtisadi inkişafına göstərdiyi qayğıdan danışıldı.

Rayonda yeni istehsal sahələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi üçün qarşıda duran əsas vəzifələr təhlil edilib. 

Keçidlər