Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral “Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı Hacıqabul rayonunda dəyirmi masa keçirilmişdir

24 fevral 2016 | 16:00

24.02.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 26 fevral Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı “Xocalı soyqırımını dünyaya tanıdaq” mövzusunda dəyirmi masa keçirildi. Tədbir başlamazdan öncə Heydər Əliyev Mərkəzində açılmış Xocalı faciəsinə həsr olunmuş rəsm və kitab sərgisinə tamaşa edildi. Tədbiri İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov giriş nitqi ilə açdı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP rayon təşkilatının sədri Hafis Bəşirov, Qarasu kənd tam orta məktəbin müəllimi Gülər Cavadova, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Navahı qəsəbə 2 saylı tam orta məktəbin direktoru Zaur Qasımov geniş məruzə ilə çıxış etdilər. Sonda “Xocalı soyqırımı”nı əks etdirən video çarxa tamaşa edildi.

Keçidlər