Şriftin ölçüsü :

Saytın rəngi :

Navahı kəndində “Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbir keçirildi

01 mart 2016 | 16:00

“Mədəniyyətimizi təbliğ edək” devizi altında Mədəniyyət günü Navahı kəndində qeyd olundu. Bu tədbir “Od çərşənbəsi”nə təsadüf etdi. Mehman Ağayev adına Navahı kənd tam orta məktəbinin həyətində açıq havada sərgilər hazırlanmışdır. Tarix Diyarşünaslıq muzeyinin eksponatlarının bir qismi, Heydər Əliyev Mərkəzindən Ümummilli lider Heydər Əliyevin şəkilləri, sənədləri, Mərkəzin Rəsm və Xalça-toxuculuq dərnəyinin üzvlərinin əl işləri, Navahı kənd kitabxanasının kitablarının sərgisi hazırlandı. Məktəblilər, kənd əhalisi həvəslə sərgilərə tamaşa etdilər. Sərgidə nümayiş olunan eksponatlarla bağlı uşaqlara məlumat verildi. Məktəblilərin ifasında şeirlər səsləndirildi. Tonqal ətrafında Novruzun atributları olan Kosa, Keçəl məzəli çıxışları ilə tədbiri daha da şənləndirdilər. Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansamblının ifasında şən mahnılar səsləndirildi, məktəblilər həvəslə rəqs etdilər.

Keçidlər