“8 mart Beynəlxalq Qadınlar günü” Hacıqabul rayonunda qeyd edildi.
“8 mart Beynəlxalq Qadınlar günü” Hacıqabul rayonunda qeyd edildi. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Yığıncağın rəsmi hissəsi Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Bayram tədbirini giriş nitqi ilə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov açdı və bir qrup qabaqcıl qadınlara İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim etdi. Qadınlar gününə həsr olunmuş videoçarxa tamaşa edildikdən sonra YAP rayon təşkilatının sədri Hafis Bəşirov, Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov geniş məruzə ilə çıxış edib qadınları təbrik etdilər.