Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə büdcəsinin idarə olunması” istiqamətində maarifləndirmə tədbirinin işinin aparılması məqsədi ilə tədbir keçirildi.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə büdcəsinin idarə olunması” istiqamətində maarifləndirmə tədbirinin və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi məqsədi ilə monitorinq yaradılmış qrupunun növbəti iclası keçirildi.
Mövzu ilə bağlı qısa metrajlı çarxın nümayişi ilə açılan tədbirdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Sahib Aslanov, rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri və ailələr iştirak etdilər.
Tədbirdə Dövlət Komitəsi tərəfindən “Gəlirlərin cəmlənməsi-aylıq gəlirlər, gəlir və xərclərin mövsümə uyğun qurulması, vacib xərclər üzrə büdcənin qurulması, lazımsız xərclərdən qurtulmanın yolları” və s. mövzularda təqdimatlar edildi. Tədbir müzakirə şəkilində keçirildi, ailələrin fikirləri dinlənildi və onlara tövsiyələr verildi.