Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxdılar

16 mart 2016 | 16:00

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxdılar.

Əvvəlcə tur-aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzində toplandılar.

Yola salma mərasimində rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər iştirak etdilər.

Dövlət başçısının təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları bu gün Quba şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmazın tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Mərasim başa çatdıqdan sonra hacıqabullu məktəblilər avtobusla Qubaya yollandılar.

Keçidlər