Şriftin ölçüsü :

Saytın rəngi :

17 mart 2016-cı il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Qobustan rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib

17 mart 2016 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şirvan, Hacıqabul və Qobustan rayonlarından olan sakinləri qəbul edib. 

Qəbula yazılanların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, məscid kitabxanasının yaradılması məsələləri ilə bağlı olub. Vətəndaşların müraciətləri dinlənilib və müvafiq tapşırıqlar verilib. 

Keçidlər