Şriftin ölçüsü :

Saytın rəngi :

18 mart tarixində Hacıqabul rayonunda “Novruz” bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi

18 mart 2016 | 16:00

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümumrayon "Novruz" şənliyi keçirildi. Şənlik böyük qələbəlik və çal-çağırıla əhatə olunmuşdur. Bura toplaşan hər bir Hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu.

Bayram şənliyində çıxış edən İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov Hacıqabulluları Novruzun gəlişi münasibəti ilə təbrik etdi. Rayon Mədəniyyət evinin "Nur" instrumental ansamblı şən musiqilərlə çıxış etdilər. Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.

Keçidlər