Şriftin ölçüsü :

Saytın rəngi :

04.04.2016-cı il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müşavirə keçirildi

04 aprel 2016 | 16:00

Bildirildi ki, Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur. Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar. Xahiş edirəm ki, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra ordumuzun erməni quldurlarına layiqli cavab verməsini ürəkdən alqışladı və qeyd etdi ki, alınan hər bir qarış torpaqlarımız bizdə fərəh, qürur hissi yaradır, sonra cəbhə bölgəsində gedən son durumlardan, uğurlarımızdan, cənab Prezidentimizin çıxışından danışdı.

Sonra YAP rayon təşkilatının sədri Hafiz Bəşirov, Qarabağ Müharibəsi Əlilləri və Veteranları Şurasının sədri Nəcəf Murtuzov, rayon Ziyalılar Cəmiyyətinin sədri Şükür Məmmədov, rayon Ağsaqqallar Cəmiyyətinin sədri Abdulla Zülfüqarov, ehtiyatda olan gənc zabit Fərid Qasımov çıxış etdilər. Yığıncaqda çıxış edənlər Azərbaycan ordusunun döyüş bölgəsində göstərdiyi qəhrəmanlıqlarla qürur duyduqlarını bildirir, Ali Baş Komandanımızın verəcəyi əmrlə hamılıqla torpaqlarımızın müdafiəsinə bir nəfər kimi qalxmağa hazır olduqlarını bəyan etmişlər.

Keçidlər