Şriftin ölçüsü :

Saytın rəngi :

13 aprel 2016-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi

13 aprel 2016 | 16:00

Yığıncaqda icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kəndlərin bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birliklərin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rayon şöbələrinin sədrləri, ağsaqqalların, müharibə və əmək veteranlarının, ziyalıların və ictimaiyyətin  digər nümayəndələri olmaqla, cəmi 105 nəfər iştirak etdi.

Məruzə qurtardıqdan sonra çıxışlara başlanıldı:

Hacıqabul rayonu üzrə Maliyyə Şöbəsinin müdiri Vüqar İbrahimov, Rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, Rayon Sosial Müdafiə Mərkəzinin müdiri Xalis Həsənov, Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İbrahim İbrahimov, İcra Hakimiyyətinin Başçısının Qarasu kənd İƏD üzrə nümayəndəsi Mehman Ağayev, Meyniman bələdiyyəsinin sədri Vəli Ələkbərov və Rayon Məşğulluq Mərkəzinin müdiri Çingiz Həsənov məruzə ilə çıxış etdilər.

Sonda Yığıncağın qərar layihəsi oxumaq üçün söz rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mehparə Cəfərovaya verildi. 

Keçidlər