13.04.2016-cı il tarixində Rayon Mədəniyyət Mərkəzində "Xəcalət" tamaşası nümayiş olundu.
Hacıqabul rayon Mədəniyyət Mərkəzində Hüseynbala Mirələmovun əsəri əsasında hazırlanan iki hissəli müasir dram "Xəcalət" tamaşası nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.
Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən "Xəcalət" iki hissəli müasir dramı tamaşası Hacıqabul sakinləri tərəfindən çox rəğbətlə qarşılandı və alqışlandı. Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar Artisti Mətanət Atakişiyeva, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edirlər.
Sonda xalq artisti Nurəddin Mehdixanlı göstərilən qayğı və diqqətə görə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarova və rayon sakinlərinə minnətdarlığını bildirdi