Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeniyetmə və Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında YAP-nın rolu” mövzusunda tədbir keçirildi.

04 may 2016 | 16:00

YAP Hacıqabul rayon təşkilatının təşkilatçılığı ilə “Yeniyetmə və Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında YAP-nın rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Tədbiri YAP Hacıqabul rayon təşkilatının sədri H.Bəşirov açdı və məruzə ilə çıxış etdi. Sonra YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Saleh Ələskərov, YAP Hacıqabul rayon təşkilatının sədr müavini Şükür Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsinin əməkdaşı Elçin Əliyev və Şəhər 8 saylı məktəb-liseyin şagirdi, hərbi çağırışçı Arif Əsədov çıxış etdilər. Sonda Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Sahib Aslanov çıxış etdi.

Keçidlər