Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhər klubunda “Debat” intellektual oyununun final mərhələsi keçirildi.

13 may 2016 | 16:00

Hacıqabul şəhər klubunda rayon Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizim ili”-nə həsr olunmuş Karl Popper formatlı “Debat” intellektual oyununun final mərhələsi keçirildi. Əvvəlcə oyunun hakimi oyunun bu günkü günə qədər keçirilən mərhələləri barədə məlumat verdi. Sonra “Debat” oyunu və keçirilən əvvəlki yarışlar barədə kiçik video çarx nümayiş olunduqdan sonra oyun başlandı. Rayonun 16 məktəbinin iştirak etdiyi bu yarışın final mərhələsi 4 saylı tam orta məktəbin “Ana yurdum” komandası və 10 saylı tam orta məktəbin “Üç muşketyor” komandası arasında keçirildi. “Azərbaycanda multikulturalizmin vəziyyəti qənaətbəxşdirmi?!” mövzusunun yetəri qədər aktual olması, həm də komandaların güclü olması oyunun çox maraqlı keçməsinə səbəb oldu. Sonda Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov və Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov çıxış etdilər, oyunun təşkilatçılarını və qaliblərini təbrik etdilər. Oyunun qalibləri iki nominasiya üzrə mükafatlandırıldı. Oyunun qalibi olmuş 4 saylı tam orta məktəbin “Ana yurdum” komandası I yerə çıxdı, “Ən yaxşı komanda” və “Ən yaxşı spiker” nominasiyası üzrə Kubok və diplomla mükafatlandırıldılar.

“Ən yaxşı komanda” nominasiyasında II yerə 10 saylı tam orta məktəbin “Üç muşketyor”, III yerə işə Qarasu kənd tam orta məktəbin “Bermud”, həvəsləndirici yerlərə isə Pirsaat kənd tam orta məktəbin “Pirsaat” və 7 saylı tam orta məktəbin “Zəka” komandası layiq görüldü.

“Ən yaxşı spiker nominasiyası üzrə I yerə “Ana yurdum” komandasının I spikeri Həsənova Təranə, II yerə “Üç muşketyor” komandasının III spikeri Mehdiyeva Gilas, III yerə “Pirsaat” komandasının I spikeri Xalıqov Xanış, həvəsləndirici yerlərə isə “Bermud” komandasının I spikeri Səfərova Günəş, və “Bermud” komandasının III spikeri Səfərov Elnur layiq görüldü.

Keçidlər