Şriftin ölçüsü :

Saytın rəngi :

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Hacıqabul rayonunda qeyd olundu

01 iyun 2016 | 16:00

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətlə Hacıqabul şəhərindəki 9 saylı şəhər tam orta məktəbində keçirilən tədbirdə rayon rəhbərliyi, təhsil şöbəsinin işçiləri, uşaq təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şagirdlərin idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlarına baxıb, uşaqların ifasında mahnı və şeirləri dinləyib, balacaların rəqslərini izləyiblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov balacaları əlamətdar gün münasibətilə təbrik edib, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixindən, ölkəmizdə dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan danışdı.

Sonra dərs ili ərzində fərqlənən bir qrup şagirdə və asfalt üzərində rəsm müsabiqəsinin qaliblərinə rayon təhsil şöbəsinin diplom və qiymətli hədiyyələri təqdim olunub. Mərasim futbol, voleybol və şahmat bölmələri üzrə idman yarışları ilə davam etdirildi.

Keçidlər