”5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətlə Hacıqabul rayonunda da tədbir keçirildi.
04.06.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi. Əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov açdı. Sonra rayon Suvarma Sistemləri idarəsinin rəisi İbrahim İbrahimov, Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov, Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi Mafizat Cəfərov çıxış etdilər.
Təntənəli yığıncaqda rayonun bir qrup fərqlənən meliorator və su təsərrüfatı işçilərinə rayon İcra Hakimiyyətinin Fəxri Fərman və pul mükafatları təqdim olundu. Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov yekunlaşdırdı.