Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı Hacıqabul rayonunda da qeyd edildi

23 iyun 2016 | 16:00

Tədbir Ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulmaqla başladı.

Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov açdı və məruzə ilə çıxış etdi.

Azərbaycan XX əsrin sonunda müstəqilliyini yenidən bərpa edərək dünya dövlətləri sırasında öz yerini tutdu. Yeni yaranmış dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zərurəti meydana gəldi. 1995-ci ildə ümumxalq referendumu yolu ilə Heydər Əliyev zəkasının məhsulu olan „İnsan Haqları manifesti” adlanan Azərbaycan konstitusiyası qəbul edildi və müasir dünya tələblərinə cavab verən demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsası qoyuldu.

Azərbaycan konstitusiyası müasir dünyada qəbul edilmiş qaydalara uyğun olaraq hakimiyyətin üç qola bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Beləliklə Azərbaycanda Dövlət İdarəçiliyinin və Dövlət Qulluğu sisteminin yaradılmasına start verildi.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli fərmanı ilə Respublikanın idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Bu komissiya öz fəaliyyətində Dövlət Qulluğunun əsas istiqamətlərini yeni konstitusiyaya əsaslanaraq mühüm aktlardan biri olan Dövlət Qulluğu Konsepsiyasını müəyyənləşdirdi. Bunun nəticəsi olaraq 21 iyul 2000-ci il tarixdə „Dövlət Qulluğu haqqında” Qanun imzalanmışdır. Bu mühüm dövlət sənədi yeni əsrdə Azərbaycanın idarə olunmasını, onun müstəqilliyinin möhkəmləndirilməsini, sıravi vətəndaşların rifahının yaxşılaşdırılmasını təmin edən kadr siyasətinin həyata keçirilməsinə, əhalinin əhəmiyyətli bir təbəqəsini təşkil edən Dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə xidmət göstərir və ümumilikdə dövlət qulluğu ilə bütün məsələləri tənzimləyir. „Dövlət Qulluğu haqqında” Qanun Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının mahiyyətini açıqlamışdır.

Heydər Əliyevin idarəçilik sistemi bu münasibətlərin milli maraqlar, qanun və vicdan müstəvisində qurulmasını, dövlət sirrini saxlamağı, dövlətə sadiq olmağı və qanunauyğun fəaliyyət göstərməsini tələb edir. Heydər Əliyevin idarəçilik yolu dövlət idarəçiliyinə yaradıcı yanaşmağı, dövrün, zamanın tələbinə uyğun olaraq, müxtəlif prinsiplərin ən proqressiv elementlərindən istifadə etməyi nəzərdə tutur. Ümummilli liderimiz Heydər Əliyev əsas diqqətini kadrların seçilməsinə və yetişdirilməsinə yönəldirdi. Birinci növbədə, onların əqidəsinə və peşəkarlıq dərəcəsinə əhəmiyyət verirdi. Ümummilli lider öz komandasına elan etmişdir: „Mövqeyiniz aydın olmalıdır”.  Mövqeyi düzgün, niyyəti təmiz olmayanları isə Heydər Əliyev qəbul etmirdi. Əqidəsi, niyyəti təmiz olmayanlarla uzağa getmək, peşəkarlarsız isə Azərbaycanı inkişaf etdirmək olmazdı. Müstəqil Azərbaycan Respublikasının banisinin mövqeyi belə idi ki, dövlət qulluğunda olmaq dövlətə, vətənə sədaqətlə qulluq etmək deməkdir. Heydər Əliyev idarəçilik sisteminin kökündə açıq siyasətin həyata keçirilməsi, bu siyasətin xalqa xidmət etməsi dururdu.

 O, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdanda və Ali sovetin sədri seçiləndə elan etmişdir: „Xalq hər şeyi bilməlidir” . Ümummilli liderimiz öz siyasətini həyata keçirərkən xalqın rəyini əsas tutur. Xalqı narahat edən problemləri qabardırdı. Heydər Əliyev siyasəti dünən olduğu kimi, bu gün də xalq tərəfindən qəbul edilir, dəstəklənir. Bu gün Azərbaycanda xalqın mənafeyinə uyğun olan siyasəti –– Heydər Əliyev siyasətini ölkə Prezidenti İlham Əliyev həyata keçirir.

İllərin təcrübəsi bir daha göstərdi ki, ölkə Prezidenti İlham Əliyev Heydər Əliyev ideyalarına sadiqdir. Azərbaycan Prezidenti öz çıxışlarında, müraciətlərində dəfələrlə qeyd etmişdir ki, mən xalqın xidmətindəyəm, xalqın iradəsini həyata keçirirəm, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri də xalqın xidmətində durmalıdırlar. „Onlar gərək ürəklə işləsinlər, öz vəzifə borclarını şərəflə və ləyaqətlə yerinə yetirsinlər, ən əsası isə insanlara diqqətlə yanaşsınlar. Bu, mənim siyasətimdir, kim ki, bu siyasəti həyata keçirəcək, bizimlə işləyəcək, kim ki həyata keçirə bilməyəcək, deməli, işləyə bilməyəcək”. Prezident  İlham Əliyev açıq siyasətin həyata keçirilməsinə – yerli və mərkəzi icra orqanlarının xalq qarşısında hesabat verməsinə böyük əhəmiyyət verir. Prezident tələb edir ki, yerli icra orqanları xalqa – hər bir Azərbaycan vətəndaşına hesabat versinlər. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri yerlərdə keçirilən hesabat yığıncaqlarının işində, problemlərin müzakirəsində yaxından iştirak edirlər.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi demokratik idarəçiliyin bariz nümunəsidir. Prezident İlham Əliyev bu mərhələlərin hər birində xalqın iştirakının təmin edilməsinə ciddi nəzarət edir. Prezident icra orqanlarının rəhbərlərinə göstəriş verir ki, siz xalqın qarşısında məsuliyyət daşıyırsınız, deməli, xalqın qarşısında hesabat verməlisiniz. Bu proses sosial sifarişləri meydana çıxarmağa, dövlətin daxili və xarici siyasətini xalqın rəyinə əsasən qurmağa imkan verir. Bu həm də icra orqanlarının xalq və prezident qarşısında verdiyi hesabatdır. İlham Əliyev siyasətinin gücü də şəffaf aparılmasında və xalqla mütəmadi təmasda olmasındadır. Yəni həyata keçirilən siyasət xalqa aydındır, hər bir  vətəndaş ona,  ailəsinə xidmət etdiyinə əmindir və bu siyasətin həyata keçirilməsində iştirak edir.

„Dövlət Qulluqçularının Peşə bayramı” münasibətilə bir daha Sizin hamınızı səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli işlərinizdə hər birinizə müvəffəqiyyətlər, xoşbəxt ailə səadəti arzu edirəm.

Sonda Dövlət qulluğunda fərqlənən dövlət qulluqçuları İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edildilər. 

Keçidlər