Şriftin ölçüsü :

Saytın rəngi :

3 noyabr 2016-cı il tarixində “Mən həyatı seçirəm” adlı layihə çərçivəsində Hacıqabul rayonunda tədbir keçirilib

03 noyabr 2016 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Mən həyatı seçirəm” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Zeynab Yunusova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, təhsil işçisi İlqarə Muxtarova, Polis şöbəsinin məsul nümayəndəsi Ziya Yolçuyev, Ağsaqqallar Şurasının sədri Əlhəsən Əlhəsənov, din xadimi Həsrət Şıxəliyev, Gənclər və İdman İdarəsinin nümayəndəsi Saleh Ələsgərov, gənc nəslin nümayəndəsi Gilas Mehdiyeva çıxış ediblər. Çıxışlar zamanı milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb, sağlam həyat tərzinin təbliğindən, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, QİÇS, siqaret) qarşı mübarizənin gücləndirilməsindən, xüsusilə narkomaniyanın cəmiyyətə, dövlətə, ailə dəyərlərinə vurduğu fəsadlardan da söz açılıb, bu ümumbəşəri bəlaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün, xüsusilə gənclərin daha fəal rol oynamasının zəruriliyi diqqətə çatdırılıb.

Tədbirlər zamanı “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş olunub. Sonda Komitə tərəfindən hazırlanmış çap materialları və maarifləndirmə vəsaitləri təqdim olunub.

Keçidlər