Şriftin ölçüsü :

Saytın rəngi :

“17 noyabr – Milli Dirçəliş günü” nə həsr edilmiş rayon tədbiri keçirildi.

17 noyabr 2016 | 16:00

17.11.2016-cı il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı rayonun bütün idarə və təşkilatlarının nümayəndələri 17 noyabr – Azərbaycan Respublikasının Milli Dirçəliş günü münasibəti ilə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.

Tədbir daha sonra rəsmi hissə ilə davam etdirildi. Bildirildi ki, Milli Dirçəliş günü – 17 noyabr 1992-ci ildə elan olunmuşdur. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

 

 

Keçidlər