Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir mövzusunda tədbir keçirildi
25.11.2016-cı il tarixdə Magistral Qaz Kəmərləri sahəsinin Akt zalında “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” mövzusunda tədbir keçirildi.
Bildirildi ki, Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Ona görə də möhtərəm Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var.
Multikulturalizm cəmiyyətin tarixi inkişafının məhsulu, cəmiyyətdə baş verən proseslərdən qaynaqlandığı üçün öz mahiyyətinə görə ictimai hadisədir. İctimai hadisə kimi formalaşan multikulturalizm həyatın digər sahələrinə öz təsirini göstərir, onlarla qarşılıqlı münasibətdə olur.