Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinə həsr olunmuş “ 20 Yanvar – Azərbaycan tarixinin qanla yazılmış qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi

18 yanvar 2017 | 16:00

18.01.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş “ 20 Yanvar - Azərbaycan tarixinin qanla yazılmış qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi. Tədbirdə təhsil, mədəniyyət işçiləri, məktəblilər iştirak etdilər. Bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi. Sonra bildirildi ki, xalqımız 20 yanvar gününü təkcə hüzn kimi yox, həm də qəhrəmanlıq günü kimi qeyd edir. Çünki küçələr, meydanlar azadlıq arzusunda, istəyində olan soydaşlarımızın qanına boyansa da, oğul və qızlarımız sovet ordusunun qəddarlığı, amansızlığı ilə üz-üzə dayansa da geri çəkilmədilər. Çıxışda Ulu öndərimizin bir fikrini də xatırladıldı: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir”.

Sonda Heydər Əliyev Mərkəzinin dərnək üzvlərinin 20 yanvar faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə tamaşa edildi.

Keçidlər