“Azərbaycanın islam həmrəyliyinə verdiyi töhfə” mövzusunda tədbir keçirildi.
09 fevral 2017-ci il tarixdə Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan regional İdarəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon şöbəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın islam həmrəyliyinə verdiyi töhfə” mövzusunda tədbir keçirildi.
“Multikulturalizm” ilinin təbii davamı kimi 2017-ci ilin “İslam Həmrəliyi” İli elan olunması cənab Prezidentimizin çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideyalardır. Bu, həm Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları ilə həm də İslam dünyasında baş verən proseslərə nizam gətirmək istəyi ilə bağlıdır. Məhz bu il Azərbaycanın dəyərlərini dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaqdır. Ötən il həyata keçirilən tədbirlər bir daha göstərdi ki, Azərbaycan xalqı, cəmiyyəti bütövlükdə multikultural əhvalın dünyaya bəyan edilməsinə hazırdır.