Şriftin ölçüsü :

Saytın rəngi :

24 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Heydər Əsədov Hacıqabul Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib

24 fevral 2017 | 16:00

Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Heydər Əsədov Hacıqabul Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda 30-a yaxın vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən texnika və işlə təminat, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq mübahisəsinin həll olunması və cins mal-qaranın alınmasına köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər.

Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verdi. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Sonra kənd təsərrüfatı nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

Kənd təsərrüfatı naziri Heydər Əsədova məlumat verildi ki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və ətraf rayonlardan olan 81 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 2.205,460 manat məbləğində 139 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 815690 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, güzəşt tətbiq edildikdən sonra 37 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Həmçinin texnikaların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib, vətəndaşlara müvafiq sənədlər təqdim olunub.

 

Keçidlər