Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları-rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxdılar.

23 mart 2017 | 16:00

Əvvəlcə tur-aksiya iştirakçıları Hacıqabul rayon Heydər Əliyev Mərkəzində toplandılar. Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirdilər.

Dövlət başçısının təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları Quba şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Quba-Qusar-Xaçmazın tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Mərasim başa çatdıqdan sonra Hacıqabullu məktəblilər avtobusla Quba şəhərinə yollandılar.

 
Keçidlər