Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Hacıqabul rayon təşkilatı

02 fevral 2012 | 16:00

02 fevral 2012-ci il tarixdə Şəhər Mədəniyyət evində 2 Fevral Gənclər Günü ilə əlaqədər musiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbirdə 350 nəfər iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər.
Tədbiri giriş sözü ilə YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov açdı və geniş məruzə ilə çıxış etdi.
Sonra Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov çıxış edti və sonda gəncləri bayram münasibətilə təbrik etdi.
Daha sonra YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov çıxış edərək gəncləri Yeni Azərbaycan Partiyası adından təbrik etdi.
İl ərzində fərqlənmiş fəal gənclərə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Gəclər və İdman İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi.
Tədbirdə Heydər Əliyev və Azərbaycan gəncliyi mövzusunda sənədli film nümayiş etdirildi.
Rəsmi hissə qurtardıqdan sonra tədbir musiqili əyləncəli konsert proqramı ilə davam etdirildi.

Keçidlər