Şriftin ölçüsü :

Saytın rəngi :

“Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirmişdir.

24 may 2017 | 16:00

24 may 2017-ci il tarixində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda Hacıqabul rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirmişdir.
Müşavirədə Muğan Regional Mərkəzinin, Muğan Regional Yanğın Nəzarəti İdarəsinin və Hacıqabul Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, icra hakimiyyəti işçiləri, yerli bələdiyyələr, ərazi icra nümayəndələri, iri təsərrüfat sahibləri iştirak etmişdir. Mərkəzin əməkdaşları “Taxıl yığımı zamanı yanğın təhlükəsizlik qaydaları”, “Meşə təsərrüfatında yanğın təhlükəsizliyi tədbirləri” mövzularında məruzələrlə çıxış etmiş, biçilmiş taxıl sahələrinin və kövşənlərin yandırılması, yanğın zamanı yanğınsöndürmə qüvvələrinin qarşılaşdığı problemlərdən söz açmış, baş vermiş hadisələrin qarşısının effektiv alınması üçün yerli bələdiyyələr, ərazi icra nümayəndələrinin üzərinə düşən vəzifələrin vaxtında icra olunmasının vacibliyini vurğulamışlar.
Sonda suallar cavablandırılmışdır.

Keçidlər