Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 02 avqust 2017-ci il tarixli Şura iclasındakı hesabat MƏRUZƏSİ

02 avqust 2017 | 16:00

Məlum olduğu kimi, iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı Azərbaycanın 2017-ci ilin birinci yarısında uğurla inkişaf etdiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu, ölkəmizin daha da gücləndiyini və beynəlxalq əlaqələrin daha da dərinləşdiyini bildirib.
Qeyri-neft iqtisadiyyatı cari ilin 6 ayında 1,7 faiz artıb. Bunun indiki şəraitdə çox yaxşı göstərici olduğunu bildirən dövlət başçısı qeyri-neft sənayesinin daha çox - 4,4 faiz artımını da qeyd edib.
Valyuta ehtiyatlarının  ilin əvvəlindən 3 milyard dollar artaraq 40,6 milyard dollara çatdığıını, 24 min iş yerinin bağlanmasına baxmayaraq 122 min  yeni iş yerinin, o cümlədən 101 min daimi iş yerinin yarandığını, bu ilin 6 ayında ixracın 36 faiz, o cümlədən qeyri-neft ixracının 27 faiz artdığını, bununla bərabər idxalın 15 faiz azalaraq  müsbət saldonun 1,9 milyard dollar təşkil etdiyini, kənd təsərrüfatının 2,2 faiz artdığını qeyd edən dövlət başçısı bunun aparılmış uğurlu iqtisadi islahatlar və düşünülmüş siyasət nəticəsində mümkün olduğunu bildirib.
Sonda keçən ilin iqtisadi, maliyyə sabitləşməsi ili olduğunu bildirən dövlət başçısı 2017-ci ilin də iqtisadi inkişaf ili olacağına əminliyini ifadə edib. 
Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.
İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2017-ci ilin birinci yarısında rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.
2017-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 136190,4 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34801,9 min manat və 34,3 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 68,1 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % çoxdur. Bu ilin 6 ayında kənd təsərrüfatı məhsulunun həcmi 65877,3 min manat, sənayedə məhsul buraxılışının həcmi 6146,3 min manat, ticarətdə məhsul buraxılışının həcmi 35678,30 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 9,2 %, sənayedə 191,1 %, ticarətdə 4,4 % artım müşahidə edilmişdir.
Bu müddətdə pərakəndə əmtəə dövriyyəsi 14 798,0 min manat və ya 15,7 % artaraq 109108,0 min manat, iaşə dövriyyəsi 210,0 min manat və ya 12,4 % artaraq 1 900,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 1 340,0 min manat və ya 9,7 % artaraq 15 220,0 min manat, nəqliyyatda məhsul buraxılışının həcmi 59,5 min manat və ya 4,1 % artaraq 1 526,6 min manat, yük daşınmalarının həcmi 4,0 min ton və ya 3,4 % artaraq 122 min ton, sərnişin daşınmalarının həcmi 92 min nəfər və ya 3,5 % artaraq 2 709 min nəfər olmuşdur. Rabitə xidmətinin həcmi 310,7 min manat təşkil etmişdir.
2017-ci ilin birinci yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 26719,4 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 551 min manat və ya 843,3 % artım müşahidə edilmişdir.
  Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
  2017-ci ilin məhsulu üçün 14409,0 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin taxıl əkini ilə müqayisədə 616 hektar artıqdır. Taxıl əkininin 7478 hektarını buğda, 6931 hektarını isə arpa əkini təşkil etmişdir. 14409,0 hektar taxıl sahəsindən 44861 ton məhsul əldə edilmişdir. İstehsal olunmuş taxılın 24136,0 tonunu buğda, 20725 tonunu arpa təşkil edir. Məhsuldarlıq buğda bitkisi üzrə 32,28, arpa bitkisi üzrə isə 29,9 sentner olmuşdur.
  2017-ci ilin birinci yarısında 828 hektar sahədə bostan, 427 hektar sahədə tərəvəz, 807 hektar sahədə qarğıdalı, 42 hektar sahədə kartof, 1203,9 hektar sahədə pambıq, 667 hektar sahədə yonca, 556 hektar sahədə şəkər çuğunduru, 156 hektar sahədə soya olmaqla cəmi 4681,9 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrünün yazlıq əkinləri ilə müqayisədə 587,9 hektar çoxdur.
2017-ci ilin birinci yarısında 3765 ton tərəvəz, 2185 ton meyvə, 461 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə istehsalı 3,8 ton, kartof istehsalı 22 ton çox olmuşdur. 
Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 4 ton artaraq 9844 tona, yumurta istehsalı 6 508 min ədəd və ya 4,0 % artaraq 168113 min ədədə çatmışdır. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 354 baş və ya 0,9 % artaraq 38560 başa, xırda buynuzluların sayı isə 976 baş və ya 0,7 % artaraq 136368 başa çatmışdır. Hesabat dövründə 4461 ton ət istehsal edilmişdir.
“Aqrolizinq” vasitəsilə bu ilin birinci yarısında kənd əməkçilərinə 106,0 ton müxtəlif növ mineral gübrələrin və ziyanvericilərə qarşı 220 litr kimyəvi preparatların 70 % güzəştlə satışı həyata keçirilmişdir.
Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi tərəfindən cari ilin birinci yarısında 163 km-ə yaxın magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Əkinlərin suvarılması üçün su mənbələrindən 61,74 milyon metr3 su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birliklərinə 46,31 milyon metr3 su verilmişdir. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 8760 pm olmaqla 21940 metr3 həcmində lildən təmizləmə işləri aparılmışdır. Baş Şirvan Kollektorunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 10240 pm lildən təmizlənmə işləri görülmüş, işin həcmi 25740 metr3 olmuşdur.
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası çərçivəsində Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 53,95 km ümumi uzunluğu və 5 kub metr saniyə su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilir. Hal-hazırda magistral kanalın 28,2 km-lik hissəsi və Padar-Qarasu ərazisində müxtəlif sərfiyatlı 21,2 km təsərrüfat daxili qol kanallar tikilib başa çatdırılmışdır. Bu kanallar ilə cari təsərrüfat ilində ümumilikdə 5980 ha əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulur. Hal-hazırda ərazidə 850 ha sahədə pambıq əkinlərinin ikinci suvarılması başa çatmaq üzrədir, bundan başqa 525 ha çuğundur, 560 ha qarğıdalı, 100 ha bostan-tərəvəz, 156 ha soya və 70 ha həyətyanı sahələrin suvarma suyu ilə təminatı da həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması və investisiyaların cəlb edilməsi istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal hazırda da davam etdirilməkdədir.
Cari ildə rayonumuzda 1203.9 ha sahədə pambıq əkilmişdir ki, bu da keçən ilin pambıq əkinindən 677.9 ha və ya 2,3 dəfə çoxdur. 800 ha sahədə pambıq əkilməsi üçün 26 istehsalçı ilə “MKT İK” MMC arasında, 403,9 ha sahədə pambıq əkilməsi üçün 32 istehsalçı ilə “Hacıqabul KT” MMC arasında müqavilələr bağlanmışdır. Məqsədimiz əkiləcək pambıq sahələrinə yüksək qaydada aqrotexniki qulluq göstərməklə 2400 tondan çox pambıq istehsal etməkdir.
Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə keçən ilin payızında rayon ərzisində 28 000 ədəd tut (çəkil) ağacı əkilib, tinglərə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır. Bu il rayonda ilk dəfə olaraq kümçülər tərəfindən 250 kq barama istehsal edilmişdir.
Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
Hacıqabul rayonunun Padar ərazisində 1625 hektar sahədə iri əkinçilik təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatda infrastruktur yaradılmış, pivot suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. 611 ha sahədə buğda, 525 ha sahədə şəkər çuğunduru, 100 ha sahədə pambıq, 75 ha sahədə qarğıdalı, 156 ha sahədə soya əkilmişdir. Aqroparkda 2000 başlıq heyvandarlıq kompleksinin tikintisinə başlanılmışdır.
Hacıqabul rayonunun Meyniman kəndində sahibkar Natiq Dostəliyevə məxsus 1936 ha torpaq sahəsi olan aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın su, işıq və qaz təminatı mövcuddur. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Cari ildə 2 ha sahədə müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Daha hər biri 2 ha olan 2 ədəd istilikxananın tikintisi davam etdirilir. Bundan əlavə 150 ha sahədə buğda, 245 ha sahədə arpa, 74 ha sahədə yonca, 20 ha sahədə soğan, 70 ha sahədə pambıq, 10 ha sahədə bostan tərəvəz əkilmiş, 57 ha sahədə meyvə bağı salınmışdır.
Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlərə başlanılmışdır.
Layihə üzrə 27605 metr uzunluğunda suvarma kanalının çəkilməsi nəzərdə tutulub (4905 metr torpaq kanal, 15300 metr beton kanal, 7400 metr boru xətti).. Layihə işləri 2 mərhələyə bölünmüşdür. 1-ci mərhələdə 5 km uzunluğunda torpaq kanal çəkilib başa çatdırılmışdır. 1-ci mərhələnin layihə dəyəri (layihə-smeta sənədlərinin hazırlanması, texniki şərtlərin alınması, ekspertiza və qiymətqoyma xərcləri ilə birlikdə) 1,827 milyon manat olmuşdur. Hal-hazırda 2-ci mərhələ üçün layihə-smeta sənədləri işlənib tamamlanmaq mərhələsindədir. Hər iki nasos stansiyasının xarici elektrik təchizatının trassasının aidiyyəti təşkilatlarla (Qarasu Əməliyyat Şirkəti, “Şirvan OYL” Əməliyyat Şirkəti, “Azəravtoyol ASC”) razılaşdırılması üçün müraciət olunmuşdur. 2-ci mərhələdə 3,6 km uzunluğunda beton kanalın tikintisinə başlanılmışdır, 3,0 km məsafədə kanalın torpaq yatağı hazırlanmış, 550 metr hissəyə beton tökülmüşdür. Kanalın 8 km-lik boru xətti olan hissəsi üçün 9,5 km uzunluğunda (bir xətli) borular tədarük edilmiş, faskalanıb, izolyasiya olunmuşdur. 500 metr boru qaynaq olunub, boru xəttinin keçəcəyi  4,5 km ərazidə torpaq planlama işləri aparılıb başa çatdırılmışdır. Boruların qaynaq işi hissələr üzrə başa çatdıqdan sonra düzülmə işləri həyata keçiriləcəkdir.
Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması üçün 30 000 hektar torpaq sahəsinin otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyətinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528s nömrəli 05 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə qəbul edilmişdir. Həmin ərazidə pivot suvarma sistemləri tətbiq etməklə iri aqroparkların yaradılması nəzərdə tutulmuşdur. Hal-hazırda ərazinin 10 000 hektarlıq hissəsini suvarma suyu ilə təmin edəcək layihə hazırlanaraq tikintisinə başlanılmışdır. Tikinti işləri “Azərsu” ASC tərəfindən həyata keçirilir.
Padar, Qarasu ərazisində olan 10000 hektar əkinə yararlı iri münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 27 km uzunluğunda 1400 mm-lik boru xətlərindən istifadə etməklə 17,0 km uzunluğunda magistral suvarma kanalının çəkilməsi nəzərdə tutulub. Magistral kanal 10 km məsafədə iki xətli, təxminən 7 km məsafədə bir xətli olacaqdır. Tikintinin layihə-smeta sənədləri işlənib başa çatdırılaraq ekspertizaya təqdim olunmuşdur. Magistral kanalın neft və qaz kəmərlərindən, dəmir yolu xəttindən və avtomobil yolundan keçən hissələri ilə bağlı texniki şərtlər alınmışdır. Hər biri 25 min kub metr həcmdə olan 2 ədəd su anbarının tikintisinə başlanılmışdır. Hal-hazırda borular tədarük olunaraq montaj işləri aparılır və 14,0 km uzunluğunda metal boruların montajı başa çatdırılmışdır.
Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisinə başlanılmışdır. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfər işlə təmin olunacaqdır.
Hacıqabul rayonunun Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən  17 hektar ərazidə müasir tipli istixananın tikintisinə başlanılmışdır. Tikinti işləri başa çatdıqdan sonra burada 200 nəfər işlə təmin olunacaqdır.
Hesabat dövründə Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən parkların, küçələrin və çoxmənzilli binaların abadlaşdırıması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
Belə ki, İ.Qayıbov küçəsində 1 saylı 2 mərtəbəli yaşayış binasında 1478 kv.metr, 5 saylı 2 mərtəbəli yaşayış binasında 1716 kv.metr, 6 saylı 2 mərtəbəli yaşayış binasında 1716 kv.metr, Nəsimi küçəsi 1 saylı 2 mərtəbəli yaşayış binasında 1399 kv.metr, H.Həmidov küçəsi 65 saylı yaşayış binasında 713 kv.metr, Babək küçəsində 1 saylı 2 mərtəbəli yaşayış binasında 1399 kv.metr, Xətai küçəsində 6 saylı 2 mərtəbəli yaşayış binasında 2059 kv.metr, Ə.Vahid küçəsində 55 saylı 2 mərtəbəli yaşayış binasında 977 kv.metr ölçüdə istifadəyə yararsız dam örtükləri sökülərək yeni metal vərəqələrlə əvəz edilmişdir. Bu binalarda çardaqlar ağac şəbəkədən yenidən işlənmiş, tüstü bacaları kərpic ilə hörülmüş, suvanmış, rənglənmiş, və tüstü bacalarının birləşmələrinə ağ dəmir vurulmuşdur
H.Əliyev küçəsində 100 kv.metr hasar divarı ağ-lay tavalarla üzlənmiş, 190 kv.metr qapılar yağlı boya ilə rənglənmişdir.
Dağüstü massivdə 60 kv.metr hasar divarı ağ-lay tavalarla üzlənmişdir.
M.Hüseynzadə küçəsində 360 kv.metr hasar divar ağ-lay tavalarla üzlənmiş, 9 kv.metr hasar divarı mozaika tavalarla üzlənmiş, 5 kv.metr hasar divara kobançik vurulmuş, 10 kv.metr tamet tavalarla səki döşəmə üzlənmişdir. 244 kv.metr səki daşları sement məhlulu ilə suvanmış və səthinə emulsiya çəkilmişdir.
M.Əsədov küçəsində 150 kv.metr sütunlar sement məhlulu ilə suvanmış, 3.2 kub metr sütunların üzərinə beton piltələr qoyulmuş, 780 kv.metr divarın üst səthinə və sütunların səthinə emulsiya çəkilmiş, 112 kv.metr divarda mozaika arası tikişlər yağlı boya ilə rənglənmiş, 710 kv.metr qapılar yağlı boya ilə rənglənmiş, 40 kv.metr səki daşları sökülmüş və yeni beton səki daşları ilə düzəldilmiş, 16 kv.metr səthinə emulsiya çəkilmişdir.
İcra Hakimiyyətinin həyətyanı sahəsində 160 kv.metr hasar divar ağ-lay tavalarla üzlənmiş, 35 kv.metr tamet tavalarla səki döşəmə üzlənmiş, 5 kv.metr sahədə döşəmə mərmərlə üzlənmişdir.
İ.Qayıbov küçəsində 115 kv.metr beton səki daşları düzəldilmiş, 55 kv.metr səki daşlarının səthinə emulsiya çəkilmiş, mişar daşından 20 sm qalınlığında 532 kv.metr səki kənarı hörülmüş və 2737 kub metr qum-çınqıl qarışığından əsas düzəldilmişdir.
N.Nərimanov küçəsindən M.Əsədov küçəsinə 1-ci giriş yoluna qum-çınqıl qarışığından 70 kub metr hamarlayıcı qat verilmiş və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 406 kv.metr sahədə örtük düzəldilmişdir.
N.Nərimanov küçəsindən M.Əsədov küçəsinə 2-ci giriş yoluna qum-çınqıl qarışığından 75 kub metr hamarlayıcı qat verilmiş və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 475 kv.metr sahədə örtük düzəldilmişdir.
S.Almazov, Şəhriyar, Nəsimi, Savalan küçələrinin hər birinə 300 kub metr, Şirvan küçəsinə 150 kub metr, V.Dadaşov küçəsinə 562 kub metr, Ə.Əsədov küçəsinə 225 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir.
Koroğlu küçəsinə 80 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 648 kv.metr sahədə örtük düzəldilmişdir.
Bakı küçəsinə 2077 kv.metr sahədə xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında örtük düzəldilmişdir. 20 yanvar küçəsinə 109 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 1934 kv.metr sahədə örtük düzəldilmişdir.
İ.Qayıbov küçəsi ilə Bakı döngəsindən sağa 1-ci döngəyə  92,5 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 663 kv.metr sahədə örtük düzəldilmişdir.
İ.Qayıbov küçəsi ilə Bakı döngəsindən sağa 2-ci döngəyə  108 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 723 kv.metr sahədə örtük düzəldilmişdir.
İ.Qayıbov küçəsi ilə Bakı döngəsindən sağa 3-cü döngəyə  50 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qat və xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında 343 kv.metr sahədə örtük düzəldilmişdir.
Hacıqabul rayonunun 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 51,5 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işləri davam etdirilir.
Respublika Prezidenti cənab İlham Əliyev ekoloji məsələləri, yeni yaşıllıqların salınmasını, onun qorunması və artırılmasını daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı ətraf mühitin sağlamlaşdırılması, xüsusilə yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.
Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2017-ci ilin birinci yarısında də davam etdirilərək 7000 ədəd ağac və 3500 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir.
Hacıqabul Elektrik Şəbəkəsi tərəfindən 2017-ci ilin birinci yarısında satışa ötürülən enerjinin dəyəri 5 405,2 mln. manat olmaqla 74 665,5 mln. kvt.saat olmuşdur. Ümumi ödəniş 4 461,8 mln. manat olmaqla 83 % təşkil etmişdir.
Əhaliyə ötürülən enerji 17524177 kvt.saat, dəyəri 1342381,39 manat, toplanan vəsait isə 1135286,98 manat olmuşdur ki, bu da əhaliyə verilən enerjinin 84,6 %-ni təşkil edir.
2017-ci ilin 6 ayı ərzində Udullu kəndində 1 ədəd yeni 35/10 kv-luq yarımstansiya tikilmiş, 10 kv-luq Cəngən hava xəttində 257 ədəd 10 kv-luq dəmir beton aralıq dayaq, 18359 metr isə kabel çəkilmişdir.
Pirsaat qəsəbəsində  9784 metr kabel çəkilmiş,  1 ədəd 35/6 kv-luq yeni yarımstansiyanın inşasına başlanılmışdır.
Padar qəsəbəsində 695 ədəd 0,4 kv-luq SİP dayağı quraşdırılmış, 11235 metr kabel çəkilmişdir.
6 kv-luq Meyniman hava xəttində yenidənqurma işləri ilə əlaqədar 45 ədəd dəmir beton, 2 ədəd metal dayaq dəyişdirilmişdir. 82 ədəd ŞF-10 markalı izolyator quraşdırılmışdır.
10 kv-luq Abdulabad hava xəttində 14 ədəd metal dayaq basdırılmış və 100 ədəd ŞF-10 markalı izolyator quraşdırılmışdır.
Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2017-ci ilin birinci yarısında istehlakçılara 18838066 kub metr qaz satılmış, ödəniş 2601018,72 manat olmaqla 101,33 % təşkil etmişdir. 110 ədəd fərdi yaşayış evlərində yeni qazlaşdırma işi görülmüş, 420 ədəd smart kart tipli sayğaclar nasaz işlədiyi üçün yenisi ilə əvəz olunmuşdur.
2017-ci ilin birinci yarısında Hacıqabul Sukanal idarəsi tərəfindən əhalini və qeyri əhalini su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Belə ki, qəsəbə və kəndlərdə müxtəlif diametrlərdə 425 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 4 ədəd yeni siyirtmə qoyulmuş, 40 siyirtmədə təmir və yağlanma işləri aparılmışdır. 190 yeni abonentə mexaniki sayğac quraşdırılmışdır. Əhaliyə satılan suyun ödənilməsi 82,0 %, qeyri əhaliyə satılan suyun ödənilməsi 65 % təşkil etmişdir. 
2017-ci ilin birinci yarısında Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən 768 nömrə tutumlu EATS quraşdırılmış və 4,5 km məsafədə optik kabel çəkilmişdir. Mərkəzi EATS-də 1216 portluq ADSL avadanlığı quraşdırılmışdır. Navahı ,Kolanı talış və Muğan qəsəbə ATS-lərinin tutumu ümumilikdə 300 nömrə artırılmışdır.
Hal-hazırda Navahı və Udullu ərazilərində telefonlaşma işləri həyata keçirilir. 
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsi “Təhsil Qanunu”nun həyata keçirilməsi istiqamətində cari ilin ikinci rübündə də rayonun pedaqoji kollektivlərinin bilik və təcrübəsindən bacarıqla istifadə etməyə səy göstərmişdir.
2017-ci ilin 6 ayı ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən mart ayının 12-də IX siniflərdə buraxılış imtahanlarının I mərhələsi keçirilmişdir. İyun ayının 30-da IX siniflərdə buraxılış imtahanlarının II mərhələsi və XI siniflərdə buraxılış imtahanları keçirilmişdir. İmtahanların keçirilməsi üçün rayon icra hakimiyyəti tərəfindən bütün tədbirlər həyata keçirilmişdir.
Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2017-ci ilin 6 ayı ərzində fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 17 nəfər şagird olimpiadanın zona turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında zona turunda iştirak etmişlər. Olimpiadanın Respublika mərhələsində 1 nəfər –Talış kənd tam orta məktəbin IX sinif şagirdi Ağavəlizadə Fərid Bəxtiyar oğlu Tarix fənni üzrə III yeri tutaraq bürünc medalla təltif edilmişdir.
Ötən 6 ay ərzində rayonun ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında 5 fənn üzrə fənn müsabiqələri keçirilmişdir. Müsabiqənin nəticələri Təhsil Nazirliyi tərəfindən yoxlanılmış və I-III yerləri tutan 20 nəfər şagird müəyyən olunmuşdur. Müsabiqənin Respublika mərhələsində şəhər 8 saylı məktəb-liseyin VII sinif şagirdi Bəşirov Emil kimya fənni üzrə II yeri tutmuşdur.
Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Böyüməkdə olan nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən Hacıqabul rayon Təhsil şöbəsi 20-26 fevral tarixlərini hərbi-vətənpərvərlik həftəsi elan etmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır. Həftə ərzində rayonun bütün təhsil müəssisələrində müxtəlif səpkidə tədbirləri-inşa müsabiqəsi, bilik yarışları, şer, mahnı və rəsm müsabiqəsi, dəyirmi masalar, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər keçirilmiş və hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.
Ötən 6 ay ərzində Rayon Gənclər və İdman idarəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində “Şahin” hərbi idman oyunlarının həm məktəb, həmdə rayon turu keçirilmişdir.
Gənclər sahəsi üzrə 17 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 1593 nəfərdən artıq yeniyetmə və gənc iştirak etmişdir.
İdman sahəsi üzrə 8 İdman yarışları keçirilmiş, bu yarışlarda 584 nəfər yaxın yeniyetmə və gənc iştirak etmişdir.
5 mart Bədən tərbiyəsi və İdman günü münasibətilə ilə qızlar arasında voleybol üzrə şəhər birinciliyi keçirilmişdir.
Rayonda 91 çarpayılıq Hacıqabul mərkəzi rayon xəstəxanası, Uşaq Tibb mərkəzi, 15 çarpayılıq Udulu kənd sahə xəstəxanası, 10 həkim və 12 tibb məntəqəsi fəaliyyət göstərir. Rayon səhiyyəsinin strukturuna Gigiyena və Epidemiologiya mərkəzi də daxildir.
2017-ci ilin I yarımilində rayon səhiyyəsində 53 həkim, 170 nəfər orta tibb işçisi çalışmışdır. Rayon üzrə 29 nəfər həkim, 20 orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərindən 18,5 ştat vahidi rayon mərkəzində, 10,5 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.
Prezident cənab İlham Əliyevin sərəncamı ilə 18 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar bu ilin fevral ayının 15-dən etibarən başlayan və may ayının 15-ə kimi müvəffəqiyyətlə davam edən aksiya zamanı səhiyyə işçiləri, 73 mindən yuxarı əhalisi olan rayonun 58694 nəfər əhalisini  tibbi müayinələrdən keçirmiş, bunların arasından 668 nəfər xəstə aşkar etmiş və həmin xəstələri də təyinatı üzrə yerli ambulator və stasionar müalicəyə cəlb etməklə yanaşı, bu xəstələrdən 55 nəfəri respublika səviyyəli müvafiq tibb müəssisələrinə göndərilmişlər.
2017-ci ilin birinci yarımilində  Mərkəzi Rayon Poliklinikasına ambulator gəlişlərin sayı 119507 nəfər olmuşdur. Xəstəxanaya qəbul olunmuş xəstələrin sayı 1036 nəfər, keçirilmiş çarpayı günlərinin sayı isə 10310 gün olmuşdur.   
Nikaha daxil olmaq istəyən şəxslərin İcbari Tibbi müayinədən keçmələri ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında da həyata keçirilməkdədir. 2017-ci ilin I yarımili ərzində 238 cütlük müayinədən keçmiş, bunlardan 13 nəfərində  talassemiya xəstəliyi aşkar edilmişdir. 
Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı həllini gözləyən məsələlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.
Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzi, 2017-ci ilin I yarımili ərzində Azərbaycan Respublikası “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” qanuna uyğun olaraq sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini təşkil etmiş və həyata keçirmişdir.   
Rayonda 19 klub müəssisəsi o cümlədən:  1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 9 kənd klubu, Mərkəzi Kitabxanalar Sistemi üzrə 27 müstəqil dövlət kitabxanası: o cümlədən, 1 rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 1 Uşaq Musiqi məktəbi,   1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir.
Hacıqabul rayon Mədəniyyət müəssisələrində, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, Mədəniyyət və Turizm Nazirliyinin əmr və göstərişlərini, rayon İcra Hakimiyyəti Başçısının əmr və sərəncamlarını icra etmək məqsədi ilə 2017-ci il üçün geniş perspektiv tədbirlər planı hazırlayaraq təsdiq edilmişdir. 
İlin 6 ayı ərzində rayon Tarix-Diyarşünaslıq muzeyin əsas fonduna 184 eksponat daxil olmuş, keçirilmiş tədbirlərdə 18 qrup tərkibində, fərdi gəlişlər 169 nəfər, 455 tamaşaçı iştirak etmişdir.
Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Mərkəzdə 262 qrup şəklində, 4281 nəfər tamaşaçı qəbul edilmişdir. Mərkəzdə kursların açılması ilə əlaqədar xalq yaradıcılığı studiyasında gənclər, yuxarı sinif şagirdləri onlar üçün təyin olunmuş vaxtlarda xalça ustasından xalça toxumaq, foto studiya, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. İnternet elektron kitabxanasında asudə vaxtlarında internetdən istifadə edirlər.
Hesabat dövründə rayon Mərkəzi Kitabxanasında və onun filiallarında illik və aylıq tədbirlər planına uyğun olaraq, kitab fondunun təbliğinə kömək məqsədi ilə bir sıra tədbirlər hazırlanaraq həyata keçirilmişdir.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1, 2, 24, 30 saylı kitabxana filialları 6 ay ərzində şəhərin bir sıra orta məktəblərində, rayon Mərkəzi xəstəxanasında, ”Pir Hüseyn” Tarix Memarlıq Qoruğunun inzibati binasında yeni açılmış kitabların sərgisini açmış, vətənpərvərliklə bağlı məktəbli uşaqlarla sual-cavab keçirmişlər.
Görülmüş işlərlə yanaşı bir sıra problemlərdə mövcuddur ki, hələ də bəzi mədəniyyət müəssisələrimiz işlərini günün tələbləri səviyyəsində qura bilmir. Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini göstərir.
İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Hesabat dövründə yerli büdcənin mədaxil hissəsi 2185499 manat proqnoza qarşı 2481145 manat və ya 113,5 % icra edilmiş, plandan artıq qalan 646338 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür. Rayon büdcəsinin xərc hissəsi 1982961 manat təyinata qarşı 1709588 manat, yəni 86,2 % icra edilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 manat artaraq 305,2 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 3 493,0 min manat və ya 2,4 % artaraq 1 48995,0 min manata çatmışdır. Məşğul əhalinin sayı 300 nəfər artaraq 36,2 min nəfər olmuşdur. Məşğul əhalinin 5,6 min nəfəri və ya 15,5 %-i dövlət sektorunda, 30,6 min nəfəri və ya 84,5 %-i qeyri-dövlət sektorunda çalışır.
Cari ilin birinci yarısında rayon Məşğulluq Mərkəzinə 686 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 351 nəfər olmuşdur. 514 nəfərə işsizlik statusu verilmişdir. Hesabat dövründə rayonda 1261 yeni iş yeri açılmışdır ki, bunun da 1189-u daimidir.
Rayon ərazisində 124 ailə olmaqla 422 nəfər qaçqın, 426 ailə olmaqla 1608 nəfər köçkün ailəsinə, müharibə veteranlarına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.
Rayon İcra Hakimiyyəti “Büdcədənkənar” və “Sair xərcləri” vəsaitindən cari ilin birinci yarısında ümumilikdə 39379,0 manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 225 nəfər şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, eləcədə Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə cəmi 4500,0 manat, “Bahar” bayramı münasibəti ilə əlaqədar şəhərin park və küçələrinin bəzədilməsinə 3500,0 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş VII tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX-XI siniflərinin fəal şagirdlərinin Quba-Qusar və Xaçmaz rayonlarında ekskursiyaya yollanmasının yüksək səviyyədə təmin edilməsinə görə, 6000,0 manat, rayonda yaşayan Rus millətindən olan sakinlərə “Pasxa” bayramı münasibətilə 440,0 manat, rayonun 73 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına görə 24 939,0 manat məbləğində maddi yardım verilmişdir.
Rayonda 01 iyul 2017-ci il vəziyyətinə əmək pensiyaçılarının sayı 7411 nəfər olmuşdur. Bunlardan 4213 nəfəri yaşa görə, 1993 nəfəri əlilliyə görə, 1205 nəfəri ailə başçısını itirməyə görə pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 181,20 manat təşkil etmişdir.
507 ailə olmaqla 2325 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
2017-ci ilin 6 ayı ərzində  polis şöbəsi tərəfindən Rayon ərazisində 101 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 10-u ağır və xüsusi ilə ağır, 70-i az ağır, 104 fakt böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Baş vermiş cinayətlərin açılması 92,3 faiz təşkil etmişdir.
Bu dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 50 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 3049,50 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
6 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 2 cinayət hadisəsi qeydə alınmışdır.
2017-ci ilin birinci yarım ili ərzində Hacıqabul rayon Prokurorluğunda 1 iş xüsusi ilə ağır, 8 iş az ağır və 1 iş ictimai təhlükə törətməyən olmaqla 10 cinayət işinin istintaqı aparılmışdır.
Bundan başqa Hacıqabul rayon Prokurorluğunda 2016-cı il ərzində istintaq edilən və 2017-ci ilə qalıq qalan cinayət işlərindən 7 cinayət işinin istintaqı tamamlanmışdır. 1 iş baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmiş, 6 işin icraatına xitam verilmişdir.
2017-ci ilin 6 ayı ərzində Rayon Qeydiyyat şöbəsində 574 doğum, 225 ölüm, 193 nikah bağlanması qeyd olunmuşdur. 63 nikah pozulması rəsmiləşdirilmişdir.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin birinci yarısında icra hakimiyyətinə 470 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 153-ü Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 13-ü Milli Məclisdən, 4-ü Nazirlər Kabinetindən, 18-ı Respublikanın digər rəhbər təşkilatlarından, 282-si isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2017-ci ilin birinci yarısında İcra Hakimiyyətinin Başçısı tərəfindən 288 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 165 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər