Hacıqabul rayonunda barama və pambıq istehsalının inkişafı məsələlərinə dair rayon müşavirəsi.
08 avqust 2017-ci il tarixində 04 avqust 2017-ci il tarixdə Qax rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən irəli gələn vəzifələrin icrasına dair rayon müşavirəsi keçirilmişdir.
Müşavirədə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov, Kənd Təsərrüfatı İdarəsinin müdiri Mirzəyev Nurbala, Meyniman kəndindən kümçü Cəfərov Zabit, MKT İK MMC Sabirabad Pambıq zavodunun Kənd Təsərrüfatı şöbəsinin müdiri Əkbərov Tərxan, Qarasu kəndindən pambıq istehsalçısı Abdullayev Qabil, Meyniman kəndindən barama və pambıq istehsalçısı Cəfərov Famil, Abdulabad kəndindən pambıq istehsalçısı Mİrzəyev Talib çıxışlar ediblər.