Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 24 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

23 avqust 2017 | 16:00

23.08.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 24 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Neft İxracı boru kəmərlərinin mühafizə idarəsinin şəxsi heyyəti və Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov iştirak etmişdirlər. Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşdurlar. Sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov gələn qonaqları bayram münasibəti ilə təbrik etdikdən sonra bir qrup əməkdaşı rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif etmişdir. Sonda xatirə şəkli çəkdirilmişdir.

Keçidlər