Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda müəllimlərin sentyabr konfransı keçirilmişdir.

08 sentyabr 2017 | 16:00

Konfransda bildirildi ki, Hacıqabulda 11 mindən çox şagirdin təlim–tərbiyəsi ilə 848 müəllim məşğul olur. Qeyd olundu ki, 2017-2018-ci tədris ilinə rayonda ciddi hazırlıq işləri görülüb, məktəblərdə əsaslı və cari təmir işləri aparılıb, təhsil ocaqları yeni dərslik və avadanlıqlarla təmin edilib. Bu il 108 məzunun ali və orta ixtisas məktəblərinə qəbul olunduğu qeyd edildi, onlardan 21 nəfərin 500-600 arası, 3 nəfərin isə 600-dən çox bal yığması müəllimlərin gərgin əməyinin nəticəsi kimi dəyərləndirib.

Yeni dərs ilinin başlanması münasibətilə rayon İcra Hakimiyyəti başçısının təbriki oxundu, dövlətin təhsilə xüsusi diqqət göstərdiyi bildirildi və bu məqsədlə reallaşan layihələr barədə məlumat verildi. Hacıqabulda təhsil ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər və son illər rayonda 3 yeni məktəb binasının tikildiyi, 4 məktəb binasının isə əsaslı təmir olunduğu diqqətə çatdırıldı.

Ali məktəblərə qəbul imtahanı verərək 600-dən yuxarı bal toplayan məzunlara Hacıqabul rayon İcra Hakimiyyətinin hədiyyələri və fəxri fərmanları təqdim olundu.

Keçidlər