"18 Oktyabr - Dövlət Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir
“18 Oktyabr - Dövlət Müstəqillik Günü” münasibətilə Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. İştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini yad etmişdilər.
Daha sonra rayon Heydər Əliyev Mərkəzində Rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək müstəqilliyimizin əldə edilməsi, möhkəmləndirilməsi və onun əbədi edilməsi üçün Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışmış, bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin müstəqil dövlətimizin tərəqqisi, inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər və onun real nəticələri qarşımıza daha məsul vəzifələr qoyur.