Hacıqabul rayonunda qanvermə aksiyası keçirildi
Hacıqabul şəhər Mərkəzi Xəstəxanasında Talassemiyalı və hemofiliyalı xəstələrə kömək məqsədi ilə Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, o cümlədən ictimaiyyətin nümayəndələri aksiyaya qoşulublar.
Aksiya zamanı toplanan qan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi məqsədilə Mərkəzi Qan Bankına təqdim ediləcək.