Hacıqabul rayonunda “Heydər Əliyev Akademiyası”nın dərsləri davam edir.
24 noyabr 2017 | 16:00
24 noyabr 2017-ci il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Cinayət qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər ölkə prezidenti cənab İlham Əliyevin humanist cəza siyasəti konteksində" mövzusunda dərs keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov və Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyev geniş məruzə ilə çıxış etmişlər.
Sonda mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılmışdır.