Mədəniyyət evində mədəni kütləvi aksiya keçirilmişdir
12 aprel 2012 | 15:00
11 aprel 2012-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində Gənclər və İdman Nazirliyi, Hacıqabul rayon Gənclər və İdarəsinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan alveri və zorakılığa yox deyək” devizi altında mədəni kütləvi aksiya keçirilmişdir.
Aksiyada 400 nəfərə yaxın idarə, müəssisələrdə çalışan gənclər, eləcədə ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri iştirak etmişdir. Aksiyada gənclərə mövzu ilə bağlı maarifləndirici bukletlər paylanmışdır. Aksiya konsert proqramı ilə başa çatmışdır.