Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi

17 iyul 2012 | 15:00

16 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxış keçirildi.
Məlumat verildi ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə ümumilikdə, 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır.
Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoydu.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Təməlqoyma mərasimində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan Şəhər bir nömrəli lisey-məktəbin müəlliməsi Aynurə Rzayeva, Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev çıxış edərək göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
 

Keçidlər