Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.
19 iyul 2012-ci il tarixdə rayon İcra Hakimiyyətinin Akt zalında 2012-ci ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında İcra Hakimiyyəti Başçısı aparatı, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon fəalları – ümumilikdə 120 nəfər iştirak etmişdir.
Giriş nitqi ilə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov çıxış edərək 2012-ci ilin birinci yarısında görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Hesabat yığıncağında geniş məruzə dinlənildikdən sonra rayon Maliyyə Şöbəsinin müdiri Vüqar İbrahimov, Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov, Rayon Qaz İstismar İdarəsinin rəisi Elşən Rəhimov, İcra Hakimiyyəti Başçısının Qubalıbalaoğlan kənd İƏD üzrə nümayəndəsi Mehman Nəzərov, Rayon Su-Kanal idarəsinin müdiri Məhəbbət Nağıyev və Rayon Dövlət Toxumçuluq müfəttişliyinin rəisi Famil Cəfərov çıxış edərək İcra Hakimiyyəti Başçısının 2012-ci ilin birinci yarısında gördüyü işləri məqbul qiymətləndirmişlər.