Hacıqabul rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir.
10 may 2018-ci il tarixdə saat Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, şura üzvləri, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların və əmək kollektivləri rəhbərlərinin iştirakı ilə ümumrayon tədbiri keçirildi.
Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, abidə önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.
Tədbir iştirakçıları kitab və jurnallardan ibarət sərgi ilə tanış olub öz ürək sözlərini bildiriblər.
Qeyd olundu ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyası hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.