Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “28 May – Respublika günü”nün 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans.

25 may 2018 | 16:00

25 may 2018-ci il tarixdə Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində “28 May – Respublika günü”nün 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Tədbir öncəsi Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu və xatirəsi dərin ehtiramla yad edildi.

Tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar nitq söylədi. Qeyd edilən tarixin Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və  Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi. İlk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti ilə möhkəmlənən və bu gün ölkə prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasəti sayəsində dünyada tanınan dövlətimizin müstəqilliyinin əbədi olduğuna inamını bildirdi.

Tədbirdə çıxış edən rayonun idarə, müəssisə rəhbərləri ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərpa edildiyini və bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə ümummilli lider Heydər Əliyevin bütün ideyalarının cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədilər.

Tədbir “Şərqdə ilk Demokratik Respublika” adlı sənədli filmin tamaşası ilə davam edildi.

Keçidlər