”Məişət zorakılığının ailədaxili münasibətlərə” və „Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun təbliği istiqamətində tədbir keçirilmişdir.
29 sentyabr 2012 | 15:00
28 sentyabr 2012-ci il tarixdə saat 11:00-da rayon İcra Hakimiyyətinin Akt zalında ”Məişət zorakılığının ailədaxili münasibətlərə” və „Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun təbliği istiqamətində Şirvan şəhər, Kürdəmir, Neftçala, Salyan rayonlarından olan nümayəndələrin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov iştirak etmişdir.