Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi.

03 avqust 2018 | 16:00

03 avqust 2018-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhərində növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər sakinləri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə şəhər sakinlərinə məlumat verdi. Görüş zamanı şəhər sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi İbrahim Mustafayev iştirak etmişdir.

Şəhər sakinləri yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər