Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Pambıq sahələrinin məhsul yığımına hazırlanması və yığımın təşkili” mövzusunda rayon müşavirəsi keçirilib.

07 sentyabr 2018 | 16:00

07 sentyabr 2018-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda “Pambıqçılığın inkişafı məsələləri”nə dair keçirilmiş respublika müşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar “Sahələrin məhsul yığımına hazırlanması və yığımın təşkili” mövzusunda rayon müşavirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı Əhməd Muxtarov qonaqları salamlayaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı mühüm addımlar atılır.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Talıbov Seyfəddin Talıb oğlu çıxışında ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi, pambıqçılıqla yanaşı baramaçılığın və heyvandarlığın inkişafı artırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Müşavirədə çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov, Respublika Bitki Mühafizə mərkəzinin rəisi Damət Sultanov, “Aqrolizinq” ASC, “MKT İK” və “P Agro” MMC-lərin rəhbərliyi pambıqçılığın inkişaf perspektivləri haqqında, intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məlumat veriblər.

Tədbir sonunda fermer və sahibkarların iştirakı ilə pambıq məhsulunun yığımına hazırlanması və yığımın təşkili mövzusunda müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Keçidlər